
“Gecə saatlarında Gürcüstan hökuməti təhlükəsizlik Şurasının iclasının çağırıb və onun qərarı ilə Türkiyə ilə sərhədi müvəqqəti bağlayıb. Bolqarıstan hökuməti də analoji addım atıb. Tehranda da Təhlukəsizlik Şurasının iclası keçirilib və Bazargan sərhəd-keçid məntəqəsi bağlanıb gecə. Türkiyədə enə bilməyən təyyarələrin Tehranda qəbulu həyata keçirilib. Bəs Azərbaycan hökuməti saat 11 radələrindən nə edib? TV-lərimizə nə bir hökumət nümayəndəsi indiyə qədər çıxıb, nə də mövqe ortaya qoyulub”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, təkcə saat 9-da XİN-in 3 cümləlik “növbətçi” bəyanatından başqa heç nə yoxdur. “ANS Hikmət Hacıyevdən canlı efirdə soruşur ki, Məmmədyarov türkiyəli həmkarı ilə telefonla danışıbmı? O isə maraqla Türkiyədəki Azərbaycan diplomatik nümayəndəliklərinin gücləndirilmiş iş rejiminə keçdiyindən danışdı… İran Xarici İşlər naziri isə Çavuşoğlu ilə gecə telefonla danışıb. Rusiya XİN-in rəsmisi Zaxarova canlı efirdə hadisələrdən 2 saat sonra Kremlin movqeyini ortaya qoydu. Putinin mətbuat katibi Peskov da həmçinin. Bəs, Azərbaycan Prezidentinin və Baş nazirinin mətbuat katibləri neynirdilər həmin zaman? Ümumiyyətlə, onlar hansısa hadisə ilə bağlı nə zamansa efirdə bir fikir ifadə etmək iqtidarında olacaqlarmı?”- deyə, o, qeyd edib. O, həmçinin, bildirib ki, artıq 50-60 nəfərin həlak olması, 100-dən artıq insanın isə yaralanması ilə bağlı məlumatlar var. “Bir gün əvvəl bütün Azərbaycan rəsmilərinin Fransadakı terrora görə başsağlığı verdiklərinin şahidi olduq, bəs Türkiyə xalqına niyə başsağlığı verilmir?”-deyə,o,vurğulayıb.
Gununsesi.info











