
Kanadanın Baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.
Qəza nəticəsində Baş nazir xəsarət almayıb.
Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.
Motosiklet və avtomobil sürücüləri xəstəxanaya çatdırılıb.
Gununsesi.info












