İŞİD-ə qarşı əməliyyat - 31 NƏFƏR SAXLANDI

  • By admin
  • 10 Fevral 2018 19:10

Türk polisi İstanbulda İŞİD üzvü olduğundan şübhələndiyi 31 nəfəri hücuma hazırlaşarkən saxlayıb.

Gununsesi.info xəbər verir ki, polis şəhərin 3 rayonunda 6 ünvanda axtarış aparıb. Saxlananların hamısı əcnəbidir.

Qeyd edək ki, türk polisi İŞİD-ə qarşı əməliyyatları keçən ilin sonunda gecə klubunda Yeni İl şənliyinə silahlı basqından sonra artırıb. Basqın zamanı 39 nəfər öldürülmüşdü.

Gununsesi.info