13 prokurorluq əməkdaşı cəzalandırılıb, 5-i azad olunub, 1 orqandan xaric edilib - ZAKİR QARALOV

  • Müəllif: admin
  • 31 İyul 2017 17:16
bash-prokurorluq
“2017-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”. 
 
Gununsesi.info xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib.
Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi barədə danışan Baş prokuror  deyib ki, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə qarşı ciddi tədbirlər görülüb: “Çox ciddi tələbkarlıq və prinsipiallıq  şəraitinin yaradılmasına baxmayaraq, 2017-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.
 
Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Gununsesi.info