Baş Prokurorluğun Vahid Mustafayevə məktubunda nələr yazılıb? - RƏSMİ

  • Müəllif: admin
  • 06 May 2019 19:10

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Mais Məmmədov Baş Prokurorluqdan ANS-lə bağlı verilən açıqlama haqqında danışıb.

O, “istipress.com”a bildirib ki, sözü gedən işə xitam verilməsi ilə əlaqədar respublika prokurorluğundan məktub alıblar.

“Əvvəldən bildirmək istəyirəm ki, ANS-in vəzifəli şəxsləri və təsisçilərinə qarşı heç vaxt heç bir ittiham irəli sürülməmişdir. Belə ki, bizə göndərilən məktubda deyilir ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ANS-ə qarşı hər hansı pretenziyası yoxdur”.

Məktubun surəti əlavə olunur.