Baş Qərargah rəisi istefa verdi

  • By admin
  • 19 İyul 2017 13:22

09

İyulun 19-da Fransanın Baş Qərargah rəisi Pierre De Villiers prezident Emmanuel Makronla yaşadığı mübahisələrin ardınca vəzifəsindən istefa verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, De Villiers iyulun13-də Fransa Parlamentinin Müdafiə Komissiyasının iclasında iştirak edən 50 millət vəkilinin qarşısında çıxış edərkən Makronun qonağı olan Bersidən bəhs edərək “Bersiyə özümü ona öpdürmərəm” demişdi.

Qeyd edək ki, E.Makron Fransanın milli bayramı – Bastiliya qalasının alınması günü münasibəti yüksək rütbəli ordu mənsublarının qarşısında çıxış edərək “Sizin rəisiniz mənəm. Ordunun və vətəndaşların qarşısında aldığım qərarların arxasında dayanmağını bilərəm. Kimsənin təzyiqi və şərhinə ehtiyacım yoxdur” demişdi.

Anar

Gununsesi.info