
Avtomobil qaçırmış Şamaxı rayon sakini nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini Əlif Quliyevə məxsus “QAZel” markalı avtomobil qaçırılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Şamaxı rayon sakini Elvin Pənahov iyulun 18-də saat 3.00 radələrində Xırdalan şəhəri ərazisində nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info