Baş redaktor 8 il cəza aldı - DƏLƏDUZLUĞA GÖRƏ

  • Müəllif: admin
  • 01 May 2018 12:22

Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə G.Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətidən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib

 G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir. Məlumata görə, o, 1 il axtarışda olub.