Qurani-Kərimdə buyurulur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah (günahlarınızın) çoxunu əfv edər” (Şura surəsi, 30). Lakin bu ayənin təfsirində fərqli yanaşmalar və istisnalar vardır. Bəzi alimlərin fikrincə, ayə ümumilikdə bəşəriyyətin vəziyyətini təsvir edir, yəni insanlığın başına gələnlər və bəşəriyyətin halı ümumilikdə yer üzündə törədilən cinayətlərin və yayılan fəsadların nəticəsidir. Bu cinayət və fəsadlar bir qrup tərəfindən törədilsə də, ziyanını bütün bəşəriyyət görür. İkincisi, ayənin hökmündə istisnalar da mövcuddur. Belə ki, məsələn, məsumların başına gələn müsibətlər günahların cəzası deyil, imtahan üzündəndir. Qeyri-məsum, adi insanların da bəzən sınaq üzündən bəlalarla qarşılaşması mümkündür. Tarix boyunca bu ayədən sui-istifadələr də edilmişdir. Məsələn, Yezid aşura əsirləri ilə görüş zamanı bu ayəni oxumaqla, faciənin məsuliyyətini öz boynundan atmağa çalışmış və guya Əhli-beytin bu müsibətlərə layiq olduğunu söyləmişdi. Amma İmam Zeynulabidin (ə) gözəl bir cavabla onun fitnəsini puça çıxarmışdı.
Başımıza gələn müsibətlər və xoşagəlməz hadisələr həmişə günahlarımıza görədirmi? – DİNİ BAXIŞ
- By admin
- 24 Mart 2020 10:48
DİGƏR XƏBƏRLƏR
-
02 May 2024 12:38
Dini liderlər Qarabağa səfər edib
-
01 May 2024 12:08
Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi
-
26 Aprel 2024 22:43
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
-
24 Aprel 2024 19:11
Ərdoğan erməni kilsəsinin başçısına müraciət edib
-
24 Aprel 2024 11:27
Navalnının dəfn mərasimini keçirən keşişin fəaliyyəti dayandırılıb
-
23 Aprel 2024 18:00
Azərbaycanda dini nikah
-
22 Aprel 2024 13:05
Almaniyalı bloger İslam dinini qəbul etdi
-
10 Aprel 2024 14:30
Bibiheybət məscidində Ramazan tədbiri keçirildi
-
09 Aprel 2024 21:37
Mübariz Mənsimovdan Ramazan bayramı ilə bağlı paylaşım
-
09 Aprel 2024 00:10
Fitrə zəkatı necə verilir?
-
05 Aprel 2024 11:05
Bu gecə sonuncu Qədr gecəsidir
-
04 Aprel 2024 17:38
Məscid və ziyarətgahlarda monitorinqlər keçirildi