Başına 5 milyon pul qoyulan İŞİD-çinin öldürüldüyü təsdiqləndi

  • By admin
  • 14 İyul 2016 10:20

isid

 

İŞİD terror təşkilatı ABŞ-ın başına 5 milyon dollar qoyduğu Ömər Şişani adı ilə tanınan Tarkan Tayumurazoviç Batiraşvilinin öldürüldüyünü təsdiqləyib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə terror təşkilatının orqanı sayılan “Amag” agentliyi məlumat yayıb. Şişaninin İraqın  Mosul vilayətinin cənubunda atışma zamanı məhv edildiyi bildirilir. Pentaqon daha əvvəl bir neçə dəfə 30 yaşlı terrorçunun öldürüldüyünü açıqlasa da, İŞİD bu məlumatları təkzib edib.

İŞİD-in “müharibə naziri” sayılan Şişani Gürcüstanda anadan olub. Çeçenistanda Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyi üçün ona “Çeçen Ömər” ləqəbi verilib. ABŞ 2014-cü ildə onun adını beynəlxalq terrorçular siyahısına salıb və başına 5 milyon dollar mükafat qoyub.

Gununsesi.info