ABŞ Milli Basketbol Liqasında (NBA) transfer bombası partlayıb.
Gununsesi.info xəbər verir ki, NBA-nın Şərq Konfransında çıxış edən “Klivlend Kavaliers”lə müqaviləsi başa çatan LeBron Ceyms qərb Konfransı klublarından “Los Anceles Leykers”lə anlaşıb.
“Kral” ləqəbli basketbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayyıb. Ceyms 4 il ərzində “Los Anceles Leykers”dən 154 milyon dollar maaş alacaq.