Başqa kişi ilə əlaqəyə girdiyi üçün dənizə atıldı

  • Müəllif: admin
  • 24 İyun 2017 13:27

520525

Tarixin müxtəlif dövrlərinin səhifələrini vərəqlədiyimiz zaman maraqlı, vahiməli, eyni zamanda bizi təəccübləndirən qəribə hadisələrə rast gəlmək mümkündür.

Gununsesi.info ayrı-ayrı ölkələrin tarixindən ən maraqlı faktları araşdırıb oxucularına təqdim edir.

Tarix boyunca 600 min nəfər cadugər hesab olunduğu üçün öldürülmüşdür.

Meksikalı general Santa Anna amputasiya edilmiş ayağı üçün xüsusi yas mərasimi keçirmişdir.

XIX əsrin əvvəllərinə qədər protez dişlər şəhid olan əsgərlərin ağızlarından çıxarılan dişlədən hazırlanırdı.

Osmanlı sultanı I İbrahim (Dəli İbrahim) qdınlardan birinin başqa kişi ilə cinsi əlaqəyə girməsi səbəbindən hərəmxanasındakı 280 qadının hamısını dənizə atdıraraq öldürmüşdür.

Qlobal buzlaşma dövründə vəhşi tayfa olan britonlar insanların kəllə sümüyündən stəkan kimi istifadə edirdilər.

Mayalar insanları qurban verən sivilizasiya olub. Onlar tanrı şərəfinə qurban verilən insanların döyünməkdə olan ürəklərini yerindən çıxarırdılar.

1212-ci ildə 8-14 yaş aralığında olan 50 min uşaq Xaç yürüşlərində iştirak edib. Onların əksəriyyəti xristianlar tərəfindən müqəddəs torpaq sayılan Qüdsə çatmadan dünyasını dəyişib, bəziləri isə qul kimi satılıb.

Antik Misir fironlarının bəzi xidmətçilərinin olduqca qəribə vəzifəsi olub. Onlar öz üzərinə bal çəkirdilər ki, ağcaqanadlar ora yapışsın. Bununla da həşəratların fironu narahat etməməsini təmin edirdilər.

Qədim romalılar sidikdən ağız təmizliyi üçün istifadə edirdilər.

Orta əsrlər Avropasında məhkəmədə hər hansı bir şəxsin günahkar olub-olmamasını müəyyənləşdirmək üçün olduqca qəribə metoddan istifadə edirdilər. Belə ki, şübhəli şəxsin əli qaynar su ilə dolu qaba salınırdı. Əl yara almadan sudan çıxarsa bu həmin adamnın məsumluğuna dəlalət edirdi.

Orta əsrlərdə Avropada heyvanlar da müxtəlif səbəblərdən cəza alırdı. Onların “günahı” əsasən ölümlə nəticələnirdi.

Stalinin 1929-1953-cü illər aralığında 60 milyon nəfərin ölümündə məsuliyyət daşıdığı iddia olunur.

1917-ci ildə ilk doğum xəstəxanasını təsis edən Marqaret Sanqer buna görə 1 aylıq həbs cəzasına məhkum edilib.

Rus çarı I Pyotr həyat yoldaşının ona xəyanət etdiyi kişini öldürdərək başını şərab dolu bir qabın içərisində xanımının otağına qoydurmuşdur.

Roma İmperatorluğu dövründə ailənin başçısı hesab olunan kişinin ailədən istədiyi adamı öldürməsi qanuni hal idi.

1960-cı illərə qədər yayımlanan tütün şirkətlərinin reklamlarında həkimlər siqaretin zərərlərini deyil, faydalarını sadalayırdılar.

1896-cı ildə baş vermiş İngiltərə-Zənzibar döyüşü tarixin ən qısamüddətli müharibəsi sayılır. Bu döyüş cəmi 38 dəqiqə çəkib.

Tarixin ən uzunmüddətli müharibəsi isə Hollandiya ilə Siciliya arasında baş verib. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 1651-1986-cı illərdə baş vermiş müharibədə ümumiyyətlə ölən olmayıb.

1952-ci ildə Albert Eynişteynə İsrailin dövlət başçısı vəzifəsi təklif olunub. Lakin fizik bu təklifi rədd edib.

Antik Misirdə daş və odundan yastıq kimi istifadə olunurdu.

Gununsesi.info