Tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib

  • Müəllif: admin
  • 24 İyun 2017 13:20

qandal

Oğurluqda şübhəli bilinərək tutulan Sumqayıt şəhər sakininin digər cinayət əməlləri də müəyyən edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da Məcnəddin Rəhimovun həyətyanı sahəsindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Orucov tutulub.

Belə ki,ətrafında aparılan tədbirlərlə onun car ilin yanvar ayından may ayınadək olan müddətdə şəhər ərazisində 2 avtomobildən, 2 evdən, 1 mağazadan, 2 nəfərin çantasından, əyləncə mərkəzlərindən birindən, 2 həyətdən və 1 mebel sexindən velosiped, mobil telefon, təkər, akkumulyator, danışıq kartları, elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Anar

Gununsesi.info