Batareyasız yeni telefonlar gəlir - VİDEO

  • Müəllif: admin
  • 12 İyul 2017 16:49

59660516f2e5a_tel_batareyasiz

Amerikalı alimlər – “Vaşinqton” universitetinin mütəxəssisləri batareyası olmayan telefon yaradıblar.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, telefon elektrik naqilindən cərəyan yığmadan daim işləyə bilir. Hələlik yalnız səsli zənglər edə bilən qurğu SMS göndərə bilmir.

Qurğunun sirri fon şüalanmasından istifadədir. İşıq və ya radio dalğalarla işləyən cihaz haqda xülasə ixtiraçıların dərc etdiyi videoçarxda öz əksini tapıb.

Qurğu yalnız “Vaşinqton” universitetinin laboratoriyasında işləyə bilir ki, burada onun fəaliyyəti üçün xüsusi baza stansiyası quraşdırılıb. Bu, hələlik yalnız prototipdir. Hansı ki, belə bir cihazın mümkün olduğunu sübut edən konsepsiyanı göstərir.