Ombudsman Aparatının əməkdaşları Almaniyada səfərdədir - FOTOLAR

  • Müəllif: admin
  • 12 İyul 2017 16:45

1

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşı Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Almaniyada təcrübə mübadiləsi keçirlər.

Gununsesi.info-nun xəbərinnə  görə, Almaniya və Polşadan olan tərəfdaşların iştirakı ilə həyata keçirilən Tvinninq layihəsi dörd əsas komponenti əhatə edən layihənin üçüncü “İnformasiya əldə etmək haqqında” Qanunun icra edilməsi ilə bağlı Ombudsman təsisatının potensialının gücləndirilməsinə dair komponenti çərçivəsində Almaniyaya səfər edilib.

Təcrübə səfərinin ilk günündə Məlumatın mühafizəsi və informasiya azadlığı üzrə Almaniya Federal Ombudsman Ofisində və Daxili İşlər Nazirliyində görüşlər keçirilib.

Keçirilən görüşlərdə hər iki ölkənin müvafiq təsisatlarının informasiya azadlığının təmini sahəsində görülən işlər, həyata keçirdiyi fəaliyyət, müsbət iş təcrübəsi və imkanlar barədə məlumatlar müzakirə olunmuş, geniş fikir mübadiləsi aparılıb.

Məlumatın mühafizəsi və informasiya azadlığı üzrə Almaniya Federal Ombudsman təsisatında  müvafiq dövlət qurumları tərəfindən informasiyanın verilməməsi ilə bağlı daxil olan müraciətlər üzrə fəaliyyət istiqamətləri, maarifləndirmə tədbirlərinin keçirilməsinə dair müzakirələr aparılıb.

Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyinin məsul şəxsləri ilə görüşdə informasiya sahibi kimi Nazirliyə daxil olan müraciətlərin baxılması qaydaları, müraciətlər üzrə görülən işlər, imtina verilməsinin əsasları və bu sahədə fəaliyyət müzakirə olunub.

Bu görüşlər zamanı 25 ildən artıq Ermanistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşlarımızın qaçqın və məcburi köçkünlərə çevirilərək beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kobud surətdə pozulması, o cümlədən erməni silahlı birləşmələri tərəfindən 4 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində mülki əhalinin atəşə tutulması nəticəsində baş verən faciə, iki yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi barədə ətraflı məlumat verilib, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi bəyanat rəsmi şəxslərə təqdim edilib.

2

4

Gülnaz Qənbərli

Gununsesi.info