Batumidəki faciədə ölənlərin sayı 9-a çatdı

  • By admin
  • 09 Oktyabr 2021 20:58

Batumidə yaşayış binasının dağıntıları arasından daha bir nəfərin cəsədi tapılıb.

Gununsesi. info xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb. Onların üçü uşaqdır. Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib. Nazir deyib ki, binanın digər hissələrinin də çökmək təhlükəsi var. Hazırda mütəxəssislər vəziyyəti öyrənirlər.

Gununsesi. info