“BAXCP prezident seçkilərində iştirak ilə bağlı qərarını yaxın günlərdə verəcək. Hazırda BAXCP lideri, millət vəkili Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq siyasi partiyalarla məsləhətləşmələr aparır”.
Bunu Gununsesi.info-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, hazırda partiya sədri BAXCP-nin platformasına, ideologiyasına uyğun olan, ölkədki siyasi proseslərə eyni mövqe sərgiləyən partiyalarla danışıqlara başalyıb: “Düşünürəm ki, BAXCP yaxın 10 gün müddətində seçkilərlə bağlı konkret qərarını verəcək”.
O əlavə edib ki, BAXCP prezident seçkiləri ilə bağlı may ayında qrultay keçirməyi planlayırdı və orada partiyanın prezident seçkilərində iştirakı və namizədi barədə qərar qəbul olunacaqdı. “Lakin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərardan sonra qrultayı qısa zamanda keçirmək qeyri-mümkün olduğundan, BAXCP özüna yaxın mövqedən çıxış edən siyasi partiyalarla məsələhətləşmələrə başlayıb və bu məsləhətləşmələrin yekunu olaraq müvafiq qərar verəcək”- deyə, N. Orduxanlı vurğulayb.
Sədr müavini bildirib ki, məsləhətləşmələrin yekunu olaraq siyasi partiyalar ya BAXCP-nin namizədini və yaxud da BAXCP hansısa siyasi partiyanın namizədliyini dəstəkləyə bilər. “Odur ki, seçkidə hansı formada iştirakla bağlı konkret mövqe yoxdur. Çünki hazırda bu istiqamətdə danışıqlar gedir. Bu danışıqlar yaxın günlərdə bitəcək və ümumi bir məxrəcə gəlinəcək. Bundan sonra BAXCP növbədənkənar prezident seçkiləri ilə bağlı konkret mövqeyini cəmiyyətə açıqlayacaq”- deyə, BAXCP sədrinin müavini vurğualyıb.
BAXCP seçkilərdə iştirak etməyə bilərmi sualına gəldikdə isə N. Orduxanlı bildirib ki, BAXCP yarandığı gündən seçkilərdə iştirakın tərəfdarı olub və ölkədə bütün səviyyələrə keçirilən seçkilərdə iştirak edib: “BAXCP hesab edir ki, siyasi partiyanın əsas hədəfi ölkədə keçirilən isətnilən seçkidə iştirak etmək və bu seçkilər vasitəsi ilə öz platformasını, proqramını cəmiyyətə çatdırmaqdır. Biz də bu yolu seçmişik. Sadəcə BAXCP növbəti qrultayını keçirmək üçün vaxt darlığı olduğundan, yaranmış şəraitə uyğun olaraq addım atmağa qərar verib. Məhz ona görə də siyasi partiyalarla müzakirlər aparılır və yaranmış durumu dəyərləndirib, son olaraq seçkidə hansısa formada iştirak barədə qərar veriləcək”.
Mürtəza
Gununsesi.info