Baxmut təslim ola bilər

  • By admin
  • 08 Mart 2023 19:14

Rusiya və Ukrayna qüvvələri arasında qarşıdurmaların davam etdiyi Ukraynanın Baxmut şəhəri tezliklə Rusiyanın əlinə keçə bilər.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq son həftələr Baxmut və ətrafında sıx qarşıdurmaların yaşandığını, Rusiyanın bura daha çox əsgər yerləşdirdiyini vurğulayıb:

“Baxmutun yaxın günlərdə təslim ola biləcəyini də gözardı edə bilmərik. Bu vəziyyətin müharibədə dönüş nöqtəsi olmayacağını vurğulamaq lazımdır. Ukraynanı dəstəkləməyə davam etməliyik”, – deyə Stoltenberq qeyd edib.

Gununsesi.info