Bayden: 90% yetkin 3 həftə ərzində koronavirus peyvəndinin 1 dozası ilə təmin ediləcək

  • By admin
  • 30 Mart 2021 19:14

Prezident Co Bayden ABŞ-da COVID-19-un dağıdıcı bir şəkildə canlanacağı xəbərdarlığı ilə verdiyi şərhində ölkənin 10 yetkininin 9-nun üç həftə ərzində koronavirus peyvəndinin 1 dozası ilə təmin ediləcəyini bildirib.

“Yenidən artan hallarla sürətlə yayılan virusla ölüm-dirim yarışındayıq. Yeni variantlar yayılır və təəssüf ki, son bir neçə həftə ərzində televiziyada gördüyümüz bəzi düşüncəsiz davranışlar qarşıdakı həftələrdə daha çox yeni yoluxma hallarının baş verəcəyi deməkdir – deyə Bayden əlavə edib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşell Valenski bir neçə həftə əvvəl Avropaya bənzər bir mənzərəyə işarə edərək “yaxınlaşan əzab” hissini dilə gətirib.

O, ABŞ ştatlarında əsasən də ölkənin ən çox məskunlaşmış ştatı olan Kaliforniyada yoluxmaların 52% təşkil etməsi ilə yeni ştamların artdığını deyib.

Valenski ABŞ-ın pandemiyanın kritik bir mərhələsində olduğunu və ölkənin doğru addımlar atmadığı təqdirdə Avropada müşahidə olunduğu kimi qarşısı alına bilinməyəcək artıma doğru gedə biləcəyindən narahat olduğunu deyib.

Hazırda qitəni koronavirus infeksiyalarının yeni bir dalğası əhatə edir.

ABŞ-da keçən həftə gündəlik infeksiyalar 10% artaraq, gündə təxminən 70000-ə çatıb. Xəstəxanalara yerləşdirmə 4%-dən çox, ölümlər isə təxminən 3% artıb.

Bayden vitse-prezident Kamala Harris də olduğu tədbirdə qubernatorlar, bələdiyyə başçıları və digər yerli liderləri məcburi maskalara qoyulan məhdudiyyətləri yumşatmamağa dair çağırışını təkrar edib.

“Xahiş edirəm, bu, siyasət deyil, vəzifəni bərpa edin”- deyə, prezident bildirib və müəssisələrin də maskalar tələb etməsinin vacibliyini sözlərinə əlavə edib.

Respublikaçılar isə Baydeni iqtisadiyyatı yenidən açmaq üçün çox ləng hərəkət etməkdə və həddindən artıq ehtiyatlı bir yanaşma tərzi seçdiyinə görə tənqid edir.

Nümayəndələr Palatasının Respublikaçı lideri Kevin Mskkarti Twitter-də “Amerikanın indi ehtiyac duyduğu şey iqtisadiyyatımızın və sinif otaqlarımızın yenidən açmasıdır” – deyə, yazıb.

Bayden Nümayəndələr Palatasının 220-211 səs fərqi ilə Respublikaçıların dəstəyi olmadan qəbul olunan 1,9 trilyon dollarlıq koronavirus yardım paketini imzalayıb. Bununla da ABŞ-da virusdan əziyyət çəkən ailələr və bizneslərə federal yardımın çatdırılmasına imkan yaradılıb.

Lakin Respublikaçı millət vəkilləri paketin çox böyük olduğunu və iqtisadi yardıma ən çox ehtiyacı olanları kifayət qədər hədəf almadığını bildirərək ona etiraz edib.