Bayden Ağ Evdə müşavirə keçirir

  • By admin
  • 21 Fevral 2022 22:26

ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik üzrə məsul şəxslərlə müşavirə keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə NBC kanalına Ağ Evdən bildirilib.

Qeyd olunub ki, prezident milli təhlükəsizliyə cavabdeh şəxslərlə görüş keçirir, Ukrayna və Rusiya ilə bağlı son məlumatları əldə edir.

Müşavirədə Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Qərargah rəisləri komitəsinin sədri Mark Milli iştirak edir. Müşavirənin mövzusu hələlik məlum deyil.

Gununsesi.info