Bayden bu düşüncə ilə dünya müharibəsini başladacaq -Medvedev

“Bayden prezidentliyi dövründə müxtəlif maraqlı məqamlarla yadda qalıb: o, adları, tarixləri qarışdırıb, öz ofisində azıb, qarajında ​​məxfi sənədləri saxlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında qeyd edib.

Medvedev vurğulayıb ki, Bayden düşünmədən addım atmaqla üçüncü dünya müharibəsini başlaya bilər.

“Şübhəsiz ki, mütərəqqi demans yenidən ABŞ prezidenti seçilmək üçün ona bir maneə deyil”, – Medvedev əlavə edib.

Qeyd edək ki, Co Bayden Amerikanın ispandilli “Telemundo” telekanalına müsahibəsində bildirib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək barədə qərar qəbul etməyə hələ hazır deyil.

Gununsesi.info