Bayden pandemiyanın BİTƏCƏYİ VAXTI açıqladı

  • By admin
  • 27 Noyabr 2021 11:43

“Pandemiya bütün dünyada hər kəs peyvənd edilməyincə bitməyəcək”.

Gununsesi.info “CNN”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden deyib.

Prezident Bayden deyib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur:

“Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır. Hər bir insan pandemiyanın bitməsi üçün peyvənd olunmalıdır. Bu baş verərsə, 2022-ci ilin sonuna pandemiyanı yüksək sürətlə zəiflədə bilərik”.

Gununsesi.info