Baydenin yeni il səhvi

  • By admin
  • 06 Yanvar 2022 11:04

ABŞ prezidenti Co Bayden ölkə vətəndaşlarına müraciətində yeni ili səhv salıb.

O, ölkəsinin 2020-ci ili uğurla keçirəcəyinə ümid etmək üçün əsaslarının olduğunu dilə gətirib.

Görüntülər ABŞ liderinin “Twitter” hesabından yayılıb.

“2020-ci ilin yaxşı keçəcəyinə ümid etmək üçün çoxlu səbəblər var. Lakin Allah xatirinə, lütfən, əlimizdə olan imkanları nəzərdən qaçırmayın”, – deyə ABŞ prezidenti bildirib.

Gununsesi.info