Bayker qisas almaq üçün deputatın maşınını YANDIRDI

  • By admin
  • 04 Sentyabr 2017 11:56

yangin_masin

Polislər yerli regional qanunvericilik məclisinin deputatı Roman Litvinovun avtomobilini yandırdığını etiraf edən Rusiyanın Kamçatka vilayətinin Yelizovo şəhər sakinini saxlayıblar. 

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, şəhərin 45 yaşlı işsiz sakini avqustun 25-də Kia Soul markalı avtomobili yandırıb.

Həmin gün avtomobilin sükanı arxasında onun sahibinin həyat yoldaşı olub. Hadisə də həmin qadının işlədiyi binanın yaxınlığında baş verib.

Saxlanılan şəxs bildirib ki, o yanğını qisas məqsədilə törədib. O, iddia edib ki, “Kia Soul”un sürücüsü bir neçə gün əvvəl onun motosiklinin qabağını kəsib. Bayker isə sürücünün kim olduğunu görməsə də, avtomobilin nömrəsini yadında saxlayıb.

Avtomobili yandıran şəxsə qarşı başqasının mülkiyyətini qərəzli şəkildə məhv etməsi və zərər yetirməsi maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxsin dilindən şəhərdən kənara çıxmamasına dair iltizam alınıb.

Gununsesi.info