“Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI

  • By admin
  • 27 Oktyabr 2021 21:04

Türkiyənin “Baykar” şirkəti daha bir ölkəyə “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ixrac edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” hesabında məlumat yayıb.

 

Şirkət PUA-nın ixrac edildiyi yeni ölkənin adını açıqlamayıb.

 

Açıqlamada qeyd olunur ki, yeni müqavilə “BayraktarTB2”nin ixrac edildiyi ölkələrin sayı 13-ə çatıb.

 

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.

Gununsesi.info