Bayram günlərində 22 mindən çox sürücü cərimə olunub

  • By admin
  • 05 Yanvar 2017 11:32

cerime

Bayram günlərində yol polisi tərəfindən respublika yollarında keçirilən reydlər nəticəsində 22 mindən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, müəyyən edilmiş inzibati xətaların 11 mindən çoxu sürət həddinin aşılması ilə bağlı olub. K.Əliyev vurğulayıb ki, həmçinin reydlər zamanı 244 sərxoş sürücü aşkarlanıb.

Şöbə rəisi bildirib ki, inzibati xətalarla bağlı protokolların təxminən 60 faizi elektron qaydada tərtib olunub, digərləri isə yol polisi əməkdaşları tərəfindən vizual aşkarlanıb və sənədləşdirilib.

Gununsesi.info