Bayram namazı qılındı

  • By admin
  • 06 İyul 2016 09:28

 

 

bayram

 

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

Gununsesi.info-nun  APA-ya istinadən məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb. “Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 7-da başlayıb. Bayram isə iyulun 6-na təsadüf edir.

Gununsesi.info