BDU-nun müəlliminə yeni vəzifə verilib

  • By admin
  • 16 Fevral 2018 17:22

Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radiojurnalistikası kafedrasının dosenti, filologiya elmləri namizədi, BDU-nun sabiq kafedra müdiri Aynur Kərimova yeni vəzifəyə təyin olunub.

Gununsesi.info-nun məlumatına görə, A.Kərimova yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edir.

Xatırladaq ki, A.Kərimova Sumqayıt şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 2008-ci ildə “Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Gununsesi.info