Belarus siyasi fəalı Minskin mərkəzindən qaçırdılar

  • By admin
  • 07 Sentyabr 2020 15:53

Belarusda naməlum şəxslər Minskin mərkəzində siyasi fəal, Koordinasiya Şurasının üzvü Maria Kolesnikovanı qaçırıblar.

Gununsesi.info bildirir ki, bu barədə TUT.BY şahidin ifadəsinə istinadla məlumat yayır.

Bildirilir ki, bu gün səhər saatlarında Milli İncəsənət Muzeyinin yaxınlığında naməlum şəxslər onu “Ünsiyyət” yazısı olan mikroavtobusa mindirib aparıblar.

Şahidin sözlərinə görə, mülki geyimli və maskalı şəxslər Mariyanı mikroavtobusa itələyiblər, bu zaman onun telefonu yerə düşüb. Sonra həmin adamlardan biri telefonu da götürüb maşına qoyub.

Maskalı şəxslərin yaxınlıqda olmasından ehtiyat edən qız baş verənləri videoya çəkə bilməyib.

Qeyd edilir ki, Kolesnikovanın telefonu açıqdır, amma zənglərə cavab vermir.

Gununsesi.info