Belarusda seçkilər başa çatdı

  • By arzu
  • 17 Noyabr 2019 22:28

Belarusda parlamentin aşağı palatasına keçirilən seçkilər başa çatıb.

Gununsesi.org xəbər verir ki, seçiçilər sanatoriyalar, istirahət evləri, xəstəxanalar, hərbi hissələr daxil olmaqla, ümumilikdə 5,83 min səsvermə məntəqəsində səs verib. Bundan başqa, seçki zamanı ölkə xaricində 46 məntəqə açılıb.

Qeyd edək ki, majoritar sistemlə keçirilən seçkilərdə 110 dairədən 110 deputat seçiləcək. Deputatlıq kürsüsüsən isə 513 nəfər namizəddir.

 

Gununsesi.org