Belçikada ərzaq satışı məhdudlaşdırıldı

  • By admin
  • 19 Mart 2022 14:38

Belçikada ukraynalı qaçqınların artması səbəbindən bəzi iri marketlər yağ, un, tualet kağızı və konservləşdirilmiş qidaların satışını məhdudlaşdırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

Bildirilib ki, tələbatın həddən artıq artması səbəbindən bu gündən müxtəlif məhsulların satışına məhdudiyyətlər qoyulur. Ölkənin ən böyük marketlər şəbəkəsi “Kolruyt” un və duru yağ satışını məhdudlaşdırıb. Bu marketdə müştəriyə maksimum 2 litr yağ və 2 kiloqram un satmağa icazə verilir.

Məşhur “Lidl” marketləri isə 2 litr yağ, 2 qutu tərəvəz və 3 qutu tualet kağızı almağa imkan verir.

Gununsesi.info