Belçikada daha 1,3 min nəfərdə koronavirus aşkarlandı

  • Müəllif: admin
  • 19 Aprel 2020 16:30

Belçikada koronavirusa yoluxanların sayı 38 496 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ölkədə koronavirusa 1 313 yeni yoluxma qeydə alınıb. Bildirilir ki, ötən gün 409 nəfər sağalaraq evə buraxılıb. Virusun yayılmağa başlamasından bu günə kimi isə ümumilikdə 8 757 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Belçikada ümumilikdə 5 683 nəfər epidemiyanın qurbanı olub.

 

 

Gununsesi.org