Ben Ladenin öldürülməsində köməyi olan həkimdən xəbər var - ŞAKİL AFRİDİ...

  • By admin
  • 30 Aprel 2018 08:49

Pakistanlı həkim, terrorçu Ben Ladenin məhv edilməsində və izlənilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kömək etmiş Şakil Afridi Peşavardakı həbsxanadan təhlükəsiz yerə köçürülüb.

GUNUNSESİ.İNFO-nun APA-ya istinadla məlumatına bu barədə “France Presse” hüquq-mühafizə orqanlarındakı mənbələrə və məhbusun ailəsinə istinadən xəbər verib.

Bildirilir ki, kəşfiyyatçılar həkimi aprelin 26-da başqa əraziyə aparıblar. Onun nə üçün başqa əraziyə aparılmasının səbəbləri məlum deyil.

Afridi 2011-ci ilin mayında Ben Ladenin məhvində ABŞ kəşfiyyatçılarına kömək edib.