“Bermud üçbucağı”nda sirli ada yarandı

  • By admin
  • 03 İyul 2017 23:09

bermud1
Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidə – “Bermud üçbucağı” deyilən bölgədə yeni ada tapılıb.

Axar.az xəbər verir ki, bölgə sakinləri Keyptaun burnunun yaxınlığında tapılan adaya üstündəki qabıqlara görə “Qabıqlı ada” adını verib.

Yerli əhali adanın aprel ayında kiçik quru sahəsi qədər olduğunu, ancaq indi böyüyərək tam bir ada halını aldığını deyib.

Qeyd edək ki, sakinlər “Qabıqlı ada”ya səyahət etmək istəsə də, onlara bunun təhlükəli olduğu deyilib.

Gununsesi.info