“Galaxy Note 7” cihazının uğursuzluğu ötən il mobil bazarda əsas hadisələrdən biri olub. “Samsung” şirkəti akkumulyatorla bağlı problemlərə görə bu aparatın satışlarını dayandırmağa və satılmış qurğuları geri çağırmağa məcbur olub. Bunun yerinə emal edilmiş versiyanın buraxılacağı bəyan edilib. İnternetdə yenilənmiş “Galaxy Note 7” haqda müxtəlif şayiələr yayılmışdı, indi isə cihaz rəsmən təqdim edilib. Yeni, cihaz “Galaxy Note Fan Edition” adı ilə satışa çıxarılacaq.
Gununsesi.info “4pda.ru” saytına istinadən xəbər verir ki, “Galaxy Note 7” ilə müqayisədə “Galaxy Note Fan Edition” cihazında 3 dəyişiklik mövcuddur: qurğunun arxa tərəfində “Galaxy Note Fan Edition” yazısı var; aparat yeni “Bixby” virtual köməkçisi ilə tədarük edilir; 3500 milliamper/saat tutumlu orijinal akkumulyatorun əvəzinə tamamilə yeni 3200 milliamper/saat tutumlu batareya istifadə olunur.
Digər funksiyalar baxımından “Galaxy Note Fan Edition” cihazı “Galaxy Note 7” qurğusundan fərqlənmir.
“Galaxy Note Fan Edition” smartfonu iyulun 7-dən etibarən Cənubi Koreyada təxminən 610 dollara satışa çıxarılacaq.
Gununsesi.info