Maradona seksual təcavüzdə ittiham olunur

  • By admin
  • 03 İyul 2017 22:58

8dacb34b5a6e435d905ca510b63beaf8
Əfsanəvi futbolçu Dieqo Maradonanın adı növbəti qalmqalda hallandırılır. Apasport.az saytının məlumatına görə, dünyanın gəlmiş-keçmiş ən yaxşı oyunçularından biri olan argentinalı bu dəfə Rusiyada insidentə qarışıb.

Belə ki, Konfederasiyalar Kubokunu izləmək üçün şimal qonşumuza yollanmış Maradona bu ölkədə seksual təcavüzdə ittiham edilib. Sankt-peterburqlu jurnalist Yekaterina Nadolskaya bu iddia ilə polisə müraciət edib.

Hazırda hüquq-mühafizə orqanları iddianın araşdırılması ilə məşğuldular. Həmin gecə oteldə xidmət saatında olan bütün personal sorğu-suala tutulacaq.

Maraqlıdır ki, 56 yaşlı əfsanə Messinin toyuna getmək imtina edib və buna səbəb kimi dəvətnaməsini itirdiyini söyləyib.
Qeyd: Yekaterina Nadolskaya fotoda solda

Gununsesi.info