Beş erməninin meyiti kanalizasiya quyusundan tapıldı

  • By admin
  • 14 Aprel 2018 11:53

Rusiyada kanalizasiya quyusunda işləyən beş Ermənistan vətəndaşı ölüb.

Gununsesi.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının FHN xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ufa şəhərində kanalizasiya quyusunda işləyərkən Kamo Petrosyan (1983-ci il təvəllüdlü), Merujan Afanikov (1962-ci il təvəllüdlü), Surik Afanikov (1981-ci il təvəllüdlü), Robert Akopyan (1962-ci il təvəllüdlü) və Rafiq Qriqoryan (1989-ci il təvəllüdlü, Rusiya vətəndaşı) həlak olublar.

Robert Melkonyan isə (1973-ci il təvəllüdlü) Ufa şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Onların hansı səbəbdən öldüyü barədə məlumat açıqlanmayıb.

Gununsesi.info