Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Gununsesi.org xəbər verir ki, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, bu il mayın 10-u saat 19 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İ.Həsənovun idarə etdiyi “Iveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.
Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü İ.Qasımov və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.
Gununsesi.org












