“Beşikdaş”da yarpaq tökümü: 6 əcnəbi ilə vidalaşma

  • By admin
  • 10 Yanvar 2023 18:32

Türkiyənin “Beşikdaş” klubu qış transfer dönəmində 6 əcnəbi futbolçusu ilə yollarını ayırmağa qərar verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Vout Veqhorst “Beşikdaş”ın Börnli ilə anlaşmasını gözləyir. Kirayə sözləşməsi ləğv ediləcək Holland futbolçu “Manşester Yunayted”ə transfer ediləcək.

“NTV Spor”un xəbərinə görə, İstanbul klubu daha 5 oyunçusu ilə vidalaşacaq.

 

Roman Says

 

Roman Says Dünya Kubokundakı gözəl performansından sonra Avropadakı fərqli klubların transfer siyahısına girib. Daha 2 il anlaşma müddəti olan müdafiəçinin ara transfer dönəmində yaxşı bir təklif olacaqsa, klubdan ayrıla bilər.

 

Kevin N Koudou

 

Mövzümün sonunda sərbəst qalacaq Kevin N Koudou “Beşikdaş” ilə yeni anlaşma imzalamadı. Kamerunlu futbolçu oyunçu karyerasını S. Ərəbistanı Liqasında davam etməyi planlaşdırır.

 

Dele Alli

 

Dele Alli və Artur Masuakunun kirayə sözləşmələri dövra arasında tamamlana bilər. “Everton” və “Vest Hem” ilə anlaşma əldə ediləcəyi halda, 2 oyunçu siyah bəyazlı kluba vida edəcək.

 

Artur Masuaku

 

Fransisko Monteronun isə kirayələnməsi planlaşdırılır. Super Liqadan 3 klub İspaniya əsilli oyunçunu istəyir. 23 yaşlı müdafiəçi təklifləri dəyərləndirmə qərarı verərsə, klubdan ayrılacaq başqa bir oyunçu olacaq.

 

Fransisko Montero

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info