Vasif Talıbov və oğlu Ali Məclisi boykot edib

  • By admin
  • 10 Yanvar 2023 18:26

Xəbər verdiyimiz kimi , Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Ali Məclisin deputatları Vasif Talıbov və oğlu Seymur Talıbov sessiyaya qatılmayıb.

Belə ki, Naxçıvan TV-nin sessiyadan yayımladığı reportajda  sabiq sədrin və onun oğlunun iştirak etmədiyi bəlli olub.

Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Ali Məclis aparatı ilə əlaqə saxlayıb.

Aparatdan Vasif Talıbovun və oğlunun sessiyaya qatılmamasının səbəbindən xəbərsiz olduqları bildirilib.

 

Afət 

Gununsesi.info