
İstanbulun “Beşiktaş” futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.
Gununsesi.info xəbər verir ki, “Beşiktaş” beşinci matçda doğma meydanda “Portu” ilə 1:1 hesablı heç-heçə edərək xallarının sayını 11-ə çatdırıb və “G” qrupunda liderliyini rəsmiləşdirib.
İstanbullular qrup mərhələsinin sonuncu turunda səfərdə “Leypsiq” komandası ilə qarşılaşacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
G qrupu
“Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya) – 1:1
Qollar: Talişka, 41 – Felipe, 29
Gununsesi.info