“Beşiktaş”ın daha 8 üzvü koronavirusa yoluxdu

  • By admin
  • 14 May 2020 14:30
Türkiyənin “Beşiktaş” klubunun daha 8 üzvü koronavirusa yoluxub. 
Gununsesi.org İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də klubun bazasında bütün futbolçular, texniki heyət və bazada çalışanlardan nümunə götürülüb. Onlardan 8-nin nəticəsi müsbət olub.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və hər birinin müalicəsinə başlanılıb.
Qeyd edək ki, daha öncə “Beşiktaş”ın iki üzvü koronavirusa yoluxub. Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.
Gununsesi.org