Beyləqanda azyaşlı kanalizasiya quyusuna düşərək öldü

  • Müəllif: Firuzə
  • 19 Dekabr 2025 15:05

Beyləqan rayonunda kanalizasiya quyusuna düşən azyaşlı ölüb.

Gununsesi.info xəbər verir ki, rayonun Tatalılar kənd sakini, 4 yaşlı Uğur İmanzadə həyətlərində qazılan təsərrüfat quyusuna düşərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info