Beyləqanda partlayış oldu: xəsarət alan var

  • By admin
  • 28 İyul 2022 10:06

Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.

Gununsesi.info xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib. Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info