Beynəlxalq aləm vandalizm hərəkətlərinə görə Ermənistana təzyiq etməlidir - MİLLƏT VƏKİLİ

  • By admin
  • 08 İyul 2017 13:10

sevinc1

Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə hücumları vandalizmin nümunəsi olmaqla yanaşı, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan təxrbatçı hərkətlərini davam etdirir və bu, zaman-zaman işğalçı ölkənin Azərbaycanın mülki əhalisinə hücumları formasında özünü göstərir. Millət vəkili deyib ki, erməni vəhşiliyinin nəticələri göz qabağındadır: «İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması bu vəhşiliyin növbəti nümunəsidir. Dünya ictimaiyyəti işğalçı Ermənistanın vandalizm aktlarını görür və bütün bunların beynəlxalq hüquq normalarına, insan hüquqlarına, eləcə də 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavəyə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyaya zidd olduğunu bilir. Belə olan halda, dünya ictimaiyyəti – ayrı-ayrı beynəlxalq təşkilatlar Ermənistana qarşı müvafiq tədbirlər görməli, işğalçıya müvafiq təsir və təzyiqlər göstərilməlidir. Bu, beynəlxalq hüququn tələbidir».

Mürtəza

Gununsesi.info