Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

  • By Mina
  • 18 Aprel 2024 09:43

Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Gununsesi.info xəbər verir ki, bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına çəkməkdir.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlərin mövcudluğu bizlərə çox şey söyləyir. Ağıllı insanın və mütəxəssisin gözü bu abidələr vasitəsilə çox şeylərdən agah olmaq olar. Onlar öz görkəmləri ilə xalqlara kimliyini, nəyə qadir olduğunu söyləyir, vətən sevgisi və ona sadiqlik kimi ülvi hisslər aşılayır. Xalqın mənəvi xəzinəsini insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir.

Dünyada baş verən müharibələr nəticəsində nə qədər dağıntılar olmuşdur. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək çoxsaylı abidələr yaratmışlar və onlar bu gün çox qiymətli nümunə olaraq qorunub saxlanılır. Ölkəmizin bütün ərazilərində tarixi abidələr mövcuddur ki, bunların da yaşı əsrləri və minillikləri əhatə edir. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan möhkəm bağlardır. Təkcə bir faktı qeyd edim ki, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını sübut edir.

Ümumiyyətlə, islamdan əvvəl və sonra ölkəmiz ərazisində qiymətli abidələr inşa olunmuşdur.

Təəssüf hissi ilə qeyd edək ki, abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməmişdir. Torpaqlarımızın 20 faizi 30 il işğal altında qalmışdı. Bu 30 ildə mənfur düşmənlərimiz milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Mənfur düşmənlərimiz tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri dağıdılmışdı.

Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun “Dəmir Yumruq” u düşmənin başını əzdi, torpağlarımız işğaldan azad oldu. Artıq, milli mədəniyyət abidələrimizin, tarixi yerlərimiz bərpası istiqamətində mümkün olan hər şey edilir.

Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın böyük zəhməti və gərgin çalışması göz önündədir.

Respublika rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

Gununsesi.info