
Ötən il Azərbaycan Beynəlxalq Bankı ilə bağlı 63 hüquqi və 156 fiziki şəxslərlə bağlı işin araşdırılması üçün Daxili Işlər Nazirliyinə göndərilib.
Gununsesi.info bunu hökumətin 2016-ci il fəaliyyətinə dair hesabatına istinadən bildirir.
Hesabatda göstərilir ki, ABB-dən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib. 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69-qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılıb. Yoxlama materiallarının hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Qeyd edək ki, ABB ətrafında hazırda təqribən 10 milyard dollarlıq zərərli aktivlərin olmasından söhbət gedir. Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həbsinin də səbəbi məhz maliyyə təşklatının böyüyən problemli kredit portfeli olub. Maliyyə Nazirliyinin açıqlamaya görə, Beynəlxalq Bankın sabiq rəhbəri 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər yaxınlarından ibarət olan hüquqi və fiziki şəxslərə zəmanətsiz 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro kredit verib, ölkədən isə 3,7 milyard dollar, 1,1 milyard avro çıxarıb.
Həmin zərərli aktivlərin sağlamlaşdırlıması üçün dövlət büdcəsi və Dövlət Neft Fondundan müxətlif mənbələrə vəsait köçürülüb.
Vüsalə Rüstəmova
Gununsesi.info










