Türk ordusu ilə PKK terrorçuları arasında toqquşma davam edir

  • Müəllif: admin
  • 26 Aprel 2017 15:08
unnamed (6)
Suriyanın şimalında Afrin əyalətində Türk ordusu ilə PKK yaraqlıları arasında  toqquşma baş verib və davam etməkdədir.
Gununsesi.info kürdlərə məxsus Firat media qurumuna istinadən xəbər verir ki,  aprelin 25-də Türk ordusu PKK  yaraqlılarının  mövqelərinə artilleriyadan zərbələr endirib. Türk ordusu artilleriya zərbələrindən sonra Rako deyilən ərazidə Firfirke kəndində PKK-çıların mövqeyinə hücuma keçib. Baş verən hərbi toqquşma nəticəsində itkilər olsa da, hələlik bu barədə məlumat verilmir.
Aprelin 25-də Türk ordusunun SuriyanınHaseke əyalətinə və İraqın şimalında YPG yaraqlılarının mövqelərinə aviazərbələr endirməsi   nəticəsində 20 terrorçu ölüb, 18-i isə yaralanıb.
unnamed (5) unnamed (7)
Gununsesi.info