Bıçaqla silahlanmış şəxs universitetə hücum etdi, ölən və yaralananlar var - ABŞ-DA

  • By admin
  • 02 May 2017 00:02

frans-polis

ABŞ-ın Ostin şəhərində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, insident Texas universitetində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları bir nəfəri saxlayıb.

İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.

Gununsesi.info