Bielefeld şəhərində etiraz aksiyası keçirilib - FOTOLAR

  • By admin
  • 17 İyul 2017 14:02

Bielfeld-5

2017-ci ilin iyul ayının 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı Bielefeld NRW Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən iyulun 16-da Bielefeld şəhərinin mərkəzi küçəsi Jahnplatzda mitinq keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!” kimi şüarlar səsləndiriblər.

Aksiyada Xocalı faciəsində həlak olmuş şəhidlər də yad edilib. Aksiyada Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz Alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Bielfeld-4

Bielfeld-1

Gülnaz Qənbərli

Gununsesi.info